Nazir: Azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi bizim üçün bir nömrəli prioritetdir
Siyasət

Nazir: Azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi bizim üçün bir nömrəli prioritetdir

Nazir: Azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi bizim üçün bir nömrəli prioritetdir

Hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi bizim üçün bir nömrəli prioritetdir. Bosniya və Herseqovina tərəfi Qarabağda həyata keçirilən layihələrə qoşulmağa hazır olduğunu bildirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçlə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Bosniya və Herseqovina həm ikitərəfli, həm çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Bugünkü səfər münasibətlərin inkişafı üçün önəmli addımdır.

Ceyhun Bayramov, həmçinin Bosniya və Herseqovinanın həm 30 illik münaqişə dövründə, həm də 44 günlük Vətən müharibəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

Nazir bildirib ki, Bosniya və Herseqovina öz təcrübəsində müharibə acılarını yaşamış ölkədir. Bu ölkənin parlamenti Xocalı ilə bağlı qətnamə qəbul edib. ANAMA ilə Bosniya və Herseqovina arasında təmaslar yaradılıb və minaların təmizlənməsi sahəsində əməkdaşlıq olacaq.

AZƏRTAC