Reklam və elanlar

"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyətinin 2021-ci il üzrə maliyyə hesabatı

Maliyyə hesabatlarının auditinə dair hesabat

Mən, Azərbaycan Respublikasının Auditorlar Palatası Naxçıvan Muxtar Respublikası Auditor Təşkilatının auditoru - Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli - SA/473 qeydiyyat nömrəli icazəyə əsasən fəaliyyət göstərən Hüseynov Roman Hidayət oğlu, "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış M-12540 saylı, 10 fevral 2022-ci il tarixli müqaviləyə əsasən ASC-nin 2021-ci ili əhatə edən dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən, rəyə əlavə edilən 2190 vərəqdən ibarət hesabat göstəricilərinin düzgünlüyünün auditini təqdim olunmuş hesabatlara əsasən apardım.

Audit 10 fevral 2022-ci il tarixdə başlandı və 11 mart 2022-ci il tarixdə başa çatdırıldı.

Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi-təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.

Mənim vəzifəm həmin sənədlərə əsasən aparılmış audit nəticəsində sifarişçinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə qiymət verməkdir və mən yalnız bu rəydə əks olunan mülahizələrimə görə məsuliyyət daşıyıram.

Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədi ilə mən qüvvədə olan audit standartlarının tələblərinə (müddəalarına) uyğun olaraq auditi planlaşdırmış, habelə sifarişçi-təsərrüfat subyektinin təsdiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.

Hesab edirəm ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışam.

Qulluq borcumla əlaqədar apardığım yoxlama nəticəsində müəyyən etdim ki, mühasibat uçotu, illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur.

Mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyət vəziyyətini və gəlirliyinin faktiki vəziyyətini əks etdirir

Qulluq borcumla əlaqədar apardığım yoxlama nəticəsində əldə etdiyim audit sübutlarına uyğun olaraq, "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyətə gələcək dövrlərdə daha yüksək mənfəət əldə etməsi üçün sərəncamında olan maliyyə aktivlərini gəlirli sahələrə yönləndirməsini və sığorta fəaliyyətini daha da genişləndirmə tədbirləri görməsini təklif edirəm.

Rəy 11 mart 2022-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektində, ikincisi isə Naxçıvan Muxtar Respublikası Auditor Təşkilatında saxlanılır.