Naxçıvanın potensialından səmərəli istifadəni ehtiva edən Dövlət Proqramı
Siyasət

Naxçıvanın potensialından səmərəli istifadəni ehtiva edən Dövlət Proqramı

Bu iqtisadi rayonun tərəqqisi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm göstəricilərindən biridir

2004- il mayın 12- Prezident kimi muxtar respublikaya ilk səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanının açılışında iştirak edən dövlət başçısı deyib: "Naxçıvan hər bir azərbaycanlı üçün əziz, doğma torpaqdır. Azərbaycanın qədim torpağıdır. Naxçıvanda son illər ərzində aparılan abadlıq, quruculuq işləri bizim hamımızı çox sevindirir. Çətin şəraitdə, blokada şəraitində yaşayan naxçıvanlılar böyük işlər görüblər. Bu hava limanının tikilməsi, şəhərdə digər obyektlərin inşa olunması, yüksək səviyyədə tikilməsi onu göstərir ki, Naxçıvan çox sürətlə inkişaf edir".

Dövlət başçısı kimi fəaliyyəti dövründə cənab İlham Əliyev 15 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edib, Onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman mədəniyyət müəssisələri, istehsal sahələri hərbi təyinatlı obyektlər istifadəyə verilib. Azərbaycan Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən Dövlət proqramlarının uğurlu icrası Naxçıvan Muxtar Respublikasında da bütün sahələrin inkişafına geniş imkanlar açıb.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da görülən işlərin davamına daha da geniş zəmin yaradır. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004- ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni yerlərinin müəssisələrin yaradılması, kommunal sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.

Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması dayanıqlı yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını icrasının davam etdirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan iqtisadi rayonunun inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta Dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin muxtar respublikada da tətbiqinə imkanlar yaradır.

Hazırda bu imkanlardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi davamlılığının təmin edilməsi zəruridir. Bu isə, mütəmadi olaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə tutur. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı".

Yeddi bənddən Tədbirlər Planından ibarət olan genişmiqyaslı Dövlət Proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz Şərur rayonlarını əhatə edir. Proqramda qlobal trendlər müəyyənləşdirilmiş, mövcud vəziyyət təhlil olunmuş, Dövlət Proqramının məqsədi prioritet istiqamətləri göstərilmiş, hədəfləri, maliyyələşmə mənbələri yer almış, icrası, monitorinqi qiymətləndirilməsi təsbit edilmişdir. Bu məsələlərin həyata keçirilməsinə dair vəzifələr Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulur. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər prioritet istiqamətlər müəyyən edilmişdir. Dövlət Proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. Belə ki, hazırda ayrı-ayrı regionlar miqyasında daha dayanıqlı davamlı gələcək qurulması istiqamətində iqtisadi artımın sürəti, onun keyfiyyəti başlıca təkanverici amillərinin hərəkətə gətirilməsi həmin bölgələrin inkişaf gündəliyində duran əsas məsələlərdir. Bununla belə, dayanıqlı inkişafın iqtisadi, sosial ətraf mühit komponentlərinin ahəngdar inkişafı sahələrində standart yanaşmalar mövcud deyildir. Ona görə tarazlı inkişaf yolunun müəyyən edilməsində hər bir bölgənin spesifik coğrafi xüsusiyyəti nəzərə alınmalıdır.

Azərbaycan Respublikasında regionların inkişafı siyasəti əsas etibarilə milli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanan regional inkişaf proqramlarına əsaslanır. Bu proqramların icrası nəticəsində regionlarda sosial-iqtisadi fiziki infrastruktur sahələrinin inkişafı, beynəlxalq standartlara uyğun yeni müəssisələrin yerlərinin yaradılması, əhalinin rifahının yüksəldilməsi istiqamətində irimiqyaslı işlər görülmüş əhəmiyyətli nəticələr əldə olunmuşdur. Regionların sosial-iqtisadi inkişafı sahəsində beynəlxalq təcrübələrin təhlili göstərir ki, son illər ərzində regionların potensialından istifadənin səmərəliliyinin iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, yaşıl iqtisadiyyatın formalaşdırılması, innovativ yanaşmaların tətbiqi kimi məsələlər önə çəkilir. Belə ki, ölkədə regionların inkişafı sahəsində qazanılan nailiyyətlərin daha da möhkəmləndirilməsi, həmçinin mövcud ehtiyacların təmin edilməsi məqsədilə hazırlanan həyata keçirilən proqramlarla yanaşı, ayrı-ayrı regionlar inzibati ərazi vahidləri üzrə yerli inkişaf planlarının hazırlanması həyata keçirilməsi daha yaxşı nəticələr əldə etməyə imkan verir.

Mütərəqqi dünya təcrübəsi göstərir ki, hər bir ölkənin, onun regionlarının, şəhər kəndlərinin sosial-iqtisadi inkişafında çevik səmərəli yanaşmaların innovativ həllərin tətbiqi mühüm rol oynayır. Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan prioritetlər "universallıq", "inteqrasiyalı yanaşma" "heç kimin geridə qalmaması" kimi prinsiplərə əsaslanan 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinə onun müvafiq hədəflərinə uyğunlaşdırılmışdır. Bu istiqamətdə atılacaq addımlar sırasına, qlobal hədəflərə uyğun olaraq, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, layiqli məşğulluq imkanlarının yaradılması, bölgə əhalisi üçün əlçatan, etibarlı müasir enerji xidmətləri, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə edilməsi, habelə təmiz enerji texnologiyalarının tətbiqi, iqtisadi inkişafı insan rifahını dəstəkləyən keyfiyyətli möhkəm infrastrukturun qurulması, habelə ekoloji ekosistemlərin dayanıqlılığının təmin edilməsi kimi beynəlxalq inkişaf prioritetləri daxil edilmişdir.

Mustafa KAMAL,

"Respublika".