Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Belçikanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Siyasət

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Belçikanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansla görüşüb.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı münasibətlərin və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

AZƏRTAC