Naxçıvanda vəzifəli şəxs barəsində cinayət işi başlanılıb
Digər xəbərlər

Naxçıvanda vəzifəli şəxs barəsində cinayət işi başlanılıb

Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı muxtar respublikanın prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.