Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə yüksək dağlıq ərazilərdə məşğələlər keçirilir
Digər xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə yüksək dağlıq ərazilərdə məşğələlər keçirilir

"Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı"na əsasən çətin qış şərtlərində məşğələlər keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə "Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti" mövzusunda keçirilən məşğələlər davam edir.

Qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir.

Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları təkmilləşdirilir.

AZƏRTAC