Naxçıvan Muxtar Respublikasında düşmənin pilotsuz uçuş aparatı zərərsizləşdirilib
Digər xəbərlər

Naxçıvan Muxtar Respublikasında düşmənin pilotsuz uçuş aparatı zərərsizləşdirilib

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinin məlumatına əsasən, sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

AZƏRTAC