NAFTALAN:  QURBAN BAYRAMINDA  ŞƏHİD AİLƏLƏRİ İLƏ BİRGƏ
Region

NAFTALAN:  QURBAN BAYRAMINDA  ŞƏHİD AİLƏLƏRİ İLƏ BİRGƏ

Vətən müharibəsində erməni silahlı qüvvələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorları nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişdi, yüzlərlə fərdi yaşayış evlərinə ciddi ziyan dəydi.

Möhtərəm Prezidentimiz  İlham Əliyevin müvafiq Sərəncamı ilə ziyan dəyən evlər bərpa edilərək sakinlərin ixtiyarına verilir. İstifadəyə verilən evlərdən biri də Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğluna məxsus yeni fərdi yaşayış evidir. Beş otaqdan ibarət yaşayış evinə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yeni əşyalar və  mebellər alınıb, həyətə tamet daşları düzülüb, abadlıq işləri aparılıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov müqəddəs Qurban bayramını şəhid ailələri və qazilərlə birgə şəhid Qurbanovların ailəsində yeni mənzildə qeyd edib.

Şəhər rəhbəri şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlar ifadə olunub. 

Şəhər icra hakimiyyətinin təşkilatçılığ ilə keçirilən tədbirdə qurban kəsilib, dualar oxunub. Sonda iştirakçılara bayram sovqatları təqdim olunub. Nadir Qurbanov müqəddəs bayramı yeni evində onunla birlikdə qeyd etdiklərinə görə təşəkkürünü bildirib.       

            Zabit XƏLİLOV,

          “Respublika”.