MÜSAHİBƏLƏR

"Musulmans en France" jurnalının baş redaktoru: Nizami Gəncəvi Fransada Maarifçilik dövrünün əsas ilhamverici qüvvəsidir

Əminliklə deyə bilərəm ki, Nizami Gəncəvi Beynəlxalq Forumu Fransa da daxil olmaqla Şərq və Qərb ölkələri üçün çox böyük hadisədir.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı, "Musulmans en France" jurnalının baş redaktoru Jan-Mişel Brün bu fikri jurnalistlərə müsahibəsində söyləyib.

Nizami Gəncəvinin XVIII əsr fransız filosoflarına dərin təsirini vurğulayan baş redaktor deyib: "Biz fransızlar həmişə Maarifçilik dövrünə müraciət edirik. Fransa sakinlərinin bilmədiyi odur ki, Fransada Maarifçilik dövrünün əsas ilhamverici qüvvəsi məhz Nizami Gəncəvidir".

Nizami Gəncəvi irsini misli-bərabəri olmayan adlandıran Jan-Mişel Brün deyib: "Dünyanı dahi şairin əsərlərində səslənən ideallara yaxınlaşdırmaqdan ötrü onun əsərlərini hər yerdə təbliğ etmək, kitablarını təkrar-təkrar nəşr etmək lazımdır ki, daha çox insan Nizami Gəncəvidən ilhamlansın və onun müdrikliyindən ibrət götürsün".

AZƏRTAC