MÜSTƏQİLLİYİMİZ ƏBƏDİ VƏ DÖNMƏZDİR
Siyasət

MÜSTƏQİLLİYİMİZ ƏBƏDİ VƏ DÖNMƏZDİR

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi qeyd olunur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi mədəni inkişafının, xalqımızın milli oyanışı dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. AXC xalqımızın siyasi şüur səviyyəsinin, intellektual mədəni potensialının, yüksək istedad qabiliyyətinin göstəricisi idi. 1918-ci ilin mayında Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında fəaliyyət göstərməsində hərəkata rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski başqalarının böyük xidməti olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Lakin təəssüflər olsun ki, həmin dövrdə müstəqil dövlətimiz xarici daxili düşmənlərin güclü müqaviməti ilə rastlaşıb bu qara qüvvələrin təzyiqinə tab gətirmədi. Öz ülvi arzu məqsədlərinin böyük hissəsini həyata keçirə bilməyən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı.

Amma belə az ömrünə baxmayaraq, ötən əsrin əvvəllərində Azərbaycanda müstəqil demokratik dövlətin yaranması müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi milli dövlətçilik ənənələrinin yaranmasına səbəb oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın  tarixində dərin iz buraxmışdır. Milliyyətindən, siyasi mənsubiyyətindən dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, Ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, ədliyyə hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

Uzun zaman hürriyyət arzusu ilə yaşamış, onun uğrunda saysız itkilərə məruz qalmış, böyük qurbanlar vermiş Azərbaycan xalqı nəhayət, XX əsrin 90- illərin əvvəllərində öz müstəqilliyini bərpa etdi.

Ancaq müstəqilliyi əldə etmək qədər şərəflidirsə, onu qoruyub saxlamaq qat-qat çətin məsuliyyətlidir. Azərbaycan rəsmən suveren dövlət elan olunsa da, 1993- ilin iyun ayına qədər onun əbədiliyinə təminat yox idi. Başımıza gətirilən müsibətlər, hakimiyyət uğrunda mübarizə, səriştəsiz rəhbərlər, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, zorla cəlb edildiyimiz müharibənin ağrıları, torpaqlarımızın itirilməsi, şəhid məzarlarının günbəgün artması, 1 milyondan artıq insanın öz dədə-baba yurdlarından didərgin düşməsi tariximizin acı ibrət dərsləridir. Yalnız Heydər Əliyev müdrikliyi bizi bu bəlalardan xilas etdi. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

1993- ildən başlayaraq Azərbaycan özünün sağlam, bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Ulu öndərin hakimiyyətə qayıdışı ilə  Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri əsasında qurulmuş Azərbaycanın milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.

1994- il neft sazişindən sonra Azərbaycan beynəlxalq iqtisadi əlaqələrini etibarlı şəkildə qurmaqla dünyada özünün iqtisadi siyasi dayaqlarını müəyyənləşdirdi. Fərəh hissi ilə deyə bilərik ki, artıq Azərbaycan uzun illərdir öz neft strategiyasını uğurla həyata keçirir, bu strategiya ölkəmizin çiçəklənməsinə tərəqqisinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə yönəlib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq məhkəmə sisteminin formalaşması, daha mütərəqqi demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, sovet dövründən miras qalmış əski Konstitusiya saxlanıldı. Bu istiqamətdə sistemli işlərə 1993- ildə ümummilli lider Heydər Əliyev xalqın xahişi ilə respublika rəhbərliyinə yenidən  qayıtdıqdan sonra başlanmışdır.

Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın  Əsas Qanunu - Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin ərazi bütövlüyünün qorunması; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması ən əsası, hakimiyyətin üç müstəqil qola - qanunvericilik, icra məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq  islahatlarının aparılmasının da əsasını qoydu.

Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996- ildə Prezident Heydər Əliyevin  sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş "Məhkəmə hakimlər haqqında" Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı.

Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "insan hüquqları demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandumudur. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur.

Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli tarixi qərarı verən ilk dövlət olmuşdur. Yüksək humanizm insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, 2001-ci il yanvarın 25- müstəqil respublikamız Avropa Şurası kimi mötəbər  bir təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.

Ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003- ilin prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl sistemli surətdə yerinə yetirmişdir. Dövlət başçısı qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman sərəncamlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizmin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam əminlik yaradır.

Prezidentimiz təcrübəli siyasətçi, müdrik bir rəhbər kimi Dağlıq Qarabağ münaqişəsini uğurla həll etdi. Ermənistanın 2020-ci il sentyabrın 27- törətdiyi təxribata cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən bu əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan bütün vəzifələr həyata keçirildi. Şanlı ordumuzun əsgər zabit heyəti yüksək peşəkarlıq rəşadət nümayiş etdirərək düşmənin 30 ilə yaxın bir müddətdə yaratdığı güclü mühəndis-texniki istehkamlarını dağıtdı, hərbi texnikasını canlı qüvvəsini məhv etdi. Nəhayət, noyabr ayının 10-da üçtərəfli Bəyanat imzalandı bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Cənab İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük şövqlə həyata keçirdiyi islahatlar həm onun yüksək idarəçilik qabiliyyətinə mükəmməl təcrübəsinə dəlalət edir. Dövlət başçısı praqmatik rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır. 2003-2023- illərdə respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət sabit iqtisadi siyasi sistemin yaradılması, sosial vəzifələrin həlli, əhalinin sosial rifah halının, alıcılıq qabiliyyətinin yüksədilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Qazanılan uğurlar Azərbaycanın davamlı surətdə demokratiya yolunda uğurla irəliləməsinə, dünya miqyasında nüfuzunun yüksəlməsinə, özünüifadəsinə geniş imkanlar yaratmışdır.

Ümumilikdə, hər addımda ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli firavan həyat tərzinin təmin olunması, ölkədə azad demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

Söhrab SƏFİYEV,

"Respublika".