Mülkiyyət hüquqlarının qeydiyyat göstəriciləri artıb
Digər xəbərlər

Mülkiyyət hüquqlarının qeydiyyat göstəriciləri artıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət kəmiyyətində müsbət dinamika müşahidə olunur.

Dövlət Xidmətindən verilən məlumata görə, statistik göstəricilərə əsasən, 2023- ilin yanvar-fevral ayları ərzində 80274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6 faiz çoxdur.

"Respublika".