Mülki şəxsin Füzuli rayonunda kaset bombasının partlamamış bombacığına toxunaraq xəsarət alması ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Mülki şəxsin Füzuli rayonunda kaset bombasının partlamamış bombacığına toxunaraq xəsarət alması ilə bağlı cinayət işi başlanıb

Füzuli Rayon Prokurorluğu “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun iyulun 12-də işğaldan azad edilmiş Qaraxanbəyli kəndində minaya düşməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsində Ermənistan tərəfindən istifadə edilən və beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

AZƏRTAC