Müdafiə Nazirliyi: Kəlbəcər rayonu ərazisində baş verən  yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbi qulluqçu həlak olub
Digər xəbərlər

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu ərazisində baş verən  yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbi qulluqçu həlak olub

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

AZƏRTAC