Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planı imzalanıb
Digər xəbərlər

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planı imzalanıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, planda nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri və məsul şəxslər müəyyən edilib. Həmçinin nazirliyin tabeliyindəki birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində il ərzində hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

AZƏRTAC