Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğularaq həlak olub
Digər xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğularaq həlak olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumatı təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlu göldə çimərkən boğularaq həlak olub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

AZƏRTAC