Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya Xocavənddə minaya düşməsinə dair xəbəri təkzib edib
Digər xəbərlər

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya Xocavənddə minaya düşməsinə dair xəbəri təkzib edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib ki, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd edildiyi kimi, Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”, - deyə nazirliyin məlumatında bildirilib.

AZƏRTAC