Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun əsgəri xidmət etdiyi hərbi  hissədə bədbəxt hadisə nəticəsində həlak olub
Digər xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun əsgəri xidmət etdiyi hərbi  hissədə bədbəxt hadisə nəticəsində həlak olub

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Bununla bağlı Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və bu, ailə-məişət problemləri ilə bağlıdır. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur. Nazirlik dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini bir daha diqqətə çatdırır.

AZƏRTAC