Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
Digər xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir

Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus Ural markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində məlumat yer alıb.

Məlumata əsasən, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.

AZƏRTAC