Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir
MÜSAHİBƏLƏR

Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir

Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin bərpa olunmasını istəyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiyalı şəkildə aparılır. Bu koordinasiya bundan sonra da davam etdiriləcək. Zəngəzur dəhlizinin reallaşması da çox önəmlidir.

Ukraynadakı hadisələri narahatlıqla izləyirik

Ukrayna hadisələrini narahatlıqla izləyirik. Ölkələrin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin əleyhinəyik. Münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə hər iki münaqişə tərəfi ilə əlaqə saxlayan ölkələrdəndir. Bu münasibətlərdən istifadə edərək münaqişənin dayandırılması üçün səylərimizi davam etdiririk.

AZƏRTAC