Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib
Siyasət

Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 10-da ölkəmizdə Moldovanın rəsmi səfərdə olan Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi, iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsi üçün potensialın olduğu vurğulanıb.

Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

İqtisadiyyat naziri ölkəmizdə investisiya fəaliyyətinin təşviq olunması ilə bağlı görülən işləri diqqətə çatdırıb, Moldova şirkətlərini fəal əməkdaşlığa dəvət edib.

Baş nazir Nataliya Qavrilitsa iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmini diqqətə çatdırıb, tərəfdaşlığın inkişafı istiqamətlərindən danışıb.

Nataliya Qavrilitsa Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Moldova şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağını ifadə edib.

Tərəflər iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

AZƏRTAC