Möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatı
İQTİSADİYYAT

Möhkəm təməllər üzərində qurulan Azərbaycan iqtisadiyyatı

Beynəlxalq Valyuta Fondu Azərbaycandakı ofisini bu il iyun ayının sonunda bağlamaq barədə qərar qəbul edib. Fondun Yaxın Şərq Mərkəzi Asiya Departamenti tərəfindən ölkəmizin Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata maliyyə ehtiyatlarına malik olması, yaxın gələcəkdə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi göstərilir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatların sayəsində Azərbaycan sənaye respublikasına çevrildi. Ölkəmizdə aparılan böyük quruculuq işləri Azərbaycanın gələcək həyatını formalaşdırdı. Son illər sürətli inkişafını yeni uğurlara imza atmaqla davam etdirən Azərbaycan artıq iqtisadi baxımdan dünyanın qüdrətli ölkələrindən birinə çevrilməkdədir. Təbii ki, mövcud sosial-iqtisadi inkişafın sağlam dayaqlar üzərində qurulması uzun illər ərzində Azərbaycanın əldə edəcəyi uğurlardan xəbər verir.

"Əsrin müqaviləsi" müstəqil dövlətimizin inkişafında önəmli rol oynayır. Ümummilli liderin uzaqgörən, müdrik qətiyyətli siyasəti nəticəsində imzalanan müqavilə məhz xarici dövlətlərin Heydər Əliyevə olan inamının göstəricisi idi. Müqaviləni imzalayan transmilli şirkətlər ABŞ, İngiltərə, Türkiyə, Rusiya digər böyük dövlətləri təmsil edirdilər. Bu gün məhz "Əsrin müqaviləsi" sayəsində iqtisadiyyatımız sürətlə inkişaf edir. Neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinə yönəldilir. Həmçinin qaz ixracında da Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Belə ki, Azərbaycan artıq qaz ixrac etdiyi ölkələrin sayının 6-dan 10-a yüksəldilməsi layihəsi üzrə çalışır. Qaz ixracının artırılması Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində mühüm əhəmiyyət kəsb edəcək. Ölkə başçımızın da dediyi kimi, Avropadakı interkonnektorlar vaxtında tikilsə, bu ilin sonuna kimi Macarıstanı Serbiyanı da qazla təmin edə biləcəyik.

Sovet rejiminin dağılmasından sonra Cənubi Qafqaz regionunda qüdrətli Azərbaycan dövlətinin qurulması ölkəmizin bugünkü uğurlarının əsas səbəbidir. Artıq Azərbaycanın xaricə yatırdığı böyük həcmli investisiyalardan, verilən kreditlərdən, edilən humanitar yardımlardan bütün dünya danışır. Yəni tədricən kreditor mühüm investor ölkəyə çevrilməkdə olan Azərbaycan, eyni zamanda donor dövlət missiyasını da həyata keçirir.

Yardım alan ölkədən donor dövlətə çevrilməsi ölkəmizin iqtisadi qüdrətini beynəlxalq müstəvidə göstərən önəmli nüansdır. Uğurlu iqtisadi gediş gələcəkdə Azərbaycanın inkişafının sürətli dinamik xarakter daşıyacağını, daha böyük nailiyyətlərə imza atacağını şərtləndirir. Təsadüfi deyil ki, bu gün nüfuzlu xarici təşkilatlar Azərbaycanda iqtisadi inkişafın mövcudluğunu investisiya mühitinin sağlamlaşdırıldığını etiraf edirlər. Bu fakt həmçinin, Azərbaycana xarici investisiya cəlbini artırır. Bildiyimiz kimi, Azərbaycan neft sektorundan əldə etdiyi kapitalı uzun illərdir ki, qeyri-neft sektoruna yatırır. Bu proses qlobal tələblərin yerinə yetirilməsi istiqamətində önəmli addım hesab edilir. Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə, 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı Fondun 270 milyon dollar təşkil etdiyi aktivlərinin həcmi bu gün ölkənin Ümumi Daxili Məhsulunu üstələyir. Məhz bu baxımdan, Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir. Digər tərəfdən, ölkəmizdə yerli xarici təşkilatların sənaye məhsulları kənd təsərrüfatı sektorunda özlərinin zavod müəssisələrini açması beynəlxalq etimadın artmasına gətirib çıxarır. Buna əsas kimi, Prezident İlham Əliyevin Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində gördüyü məqsədyönlü işləri qeyd etmək lazımdır. Xarici ölkələrə ixrac missiyaları, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi davam edir ki, bu da beynəlxalq iqtisadi təşkilatların hesabatlarında özünü göstərir. Qeyd etmək lazımdır ki, xarici reytinq təşkilatları investisiya mühitindən məlumat verərkən ölkə investorlarının xarici ölkələrdəki fəaliyyətini dəyərləndirirlər. Belə ki, nüfuzlu Azərbaycan vətəndaşlarının xarici ölkələrə, iri layihələrə investisiya yatırmaları bu mənada, önəmli məqam hesab edilir. Bu isə beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da genişləndirir.

2004- ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin tarazlı şəkildə inkişaf etməsi iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına əsaslı şərait yaratmışdır. 2004-2019-cu illər ərzində Azərbaycanda böyük iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdən hesab olunur.

İqtisadi strategiyasına əsasən Azərbaycanda xarici borc səviyyəsinin tənzimlənməsi istiqamətində ölkəmizin 2025-ci ilədək xarici borc səviyyəsinin minimum həddə qədər azaldılması nəzərdə tutulur. Həmçinin, ümumi dövlət, həm xarici borcun azalacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcu 6,5 milyard dollar səviyyəsindən qat-qat aşağı olacaq. Bu, ÜDM- borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Bu isə ondan xəbər verir ki, xarici borcun ÜDM- səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Eyni zamanda, xarici borcun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Bu barədə Prezident İlham Əliyev demişdir: "İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə Ümumi Daxili Məhsulumuzun cəmi 9-10 faizini təşkil edir".

Beynəlxalq Valyuta Fondunun 2021-ci il üzrə "Dünyanın iqtisadi məzənnəsi" adlı hesabatında göstərilib ki, Azərbaycanın ÜDM-i 2023- ildə 2,6 faiz proqnozlaşdırılır. Bu proqnoz ölkə iqtisadiyyatının inkişaf tempinin göstəricisidir. Ötən ildə ÜDM 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib. Qeyd edək ki, Dünya Bankının 2023- il üçün "Qlobal İqtisadi Perspektivlər" hesabatına əsasən, Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. Cari ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1,1 faiz, ECA regionu ilə müqayisədə isə 2,7 faiz daha yüksək olacaq. Bu inkişaf tempi onu deməyə əsas verir ki, artıq Azərbaycan orta yüksək gəlirli statuslu ölkələr sırasındadır milli iqtisadi strategiyasını öz gücü imkanları hesabına icra edir.

COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşdüyünə baxmayaraq, Azərbaycan çətin qlobal böhrandan demək olar ki, zərərsiz çıxdı. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət yerlərinin səhiyyə sisteminin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə Ümumi Daxili Məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırdı. Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi maliyyə dayanıqlılığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edir.

Azərbaycanın "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi" üzrə 54- pillədə qərarlaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində reallaşdırılan iqtisadi sosial islahatların nəticəsidir. Sözügedən hesabatda əksini tapan mühüm amillərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlardır. Aparılan islahatlar növbəti illərdə Azərbaycanın daha da inkişafı üçün əlverişli zəmin yaradır.

N.ABDALOV,

"Respublika".