Modern ordu quruculuğu
Siyasət

Modern ordu quruculuğu

Müstəqilliyimizi, dövlətçilik ənənələrimizi əbədiyaşar edən ulu öndər Heydər Əliyev bütün həyatını xalqına, onun xoşbəxt gələcəyinə həsr etmişdir. Qüdrətli dövlətin formalaşması üçün ən əsas şərtlərdən biri olan ordu quruculuğunda Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. Ümummilli Liderimizin Azərbaycanın müasir qüdrətli ordusu üçün gördüyü böyük işlər hərbi kadr potensialının gücləndirilməsində, müasir nizami ordumuzun yaradılmasında özünü göstərir.

Azərbaycana rəhbərliyinin ilk günlərindən Ulu Öndər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyənləşdirdi. Məhz müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusi hərbi təmayüllü orta internat məktəb (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) yaradıldı. Bunun nəticəsi olaraq, müasir ordumuzun gənc heyəti bu gün Vətənin keşiyində möhkəm dayanır.

Heydər Əliyevin sayəsində ordu quruculuğunda qısa vaxtda böyük işlər görüldü. Silahlı Qüvvələrimiz müasir standartlara uyğun vahid mərkəzdən idarə olunan çevik hərbi gücə çevrildi. Ümummilli Liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi müstəqillik dövründə yenidən quruldu. Digər tərəfdən, beynəlxalq hərbi məktəblərdə Silahlı Qüvvələrimiz üçün yüzlərlə təcrübəli mütəxəssis yetişdirildi. Məhz Ümummilli Liderin qayğısı sayəsində Türkiyə, Rusiya, Çin, Ukrayna, Pakistan, Rumıniya, İtaliya digər ölkələrin akademiyalarında təhsil alan zabit heyətinin üzvləri bu gün Azərbaycanın Ordusunun aparıcı qüvvələridir.

2003- il iyunun 26-da ordumuzun yaradılmasının 85 illiyi ilə əlaqədar müdrik rəhbər Heydər Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinə müraciətlə deyib: "Azərbaycanın güclü ordusu bu gün , sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər".

Ulu Öndərin demək olar ki, bütün arzuları onun layiqli siyasi davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yerinə yetirildi. Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması bu arzuların ən böyüyü idi.

2020-ci il sentyabrın 27- Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Qələbə ilə başa çatan Vətən müharibəsi dünyaya Azərbaycanın qüdrətini göstərmiş oldu. 44 günlük müharibədə yüksək texnologiyalı silah sistemlərinin tətbiqi hərbi əməliyyatların qısa müddətdə uğurlu həllinə imkan verdi. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti müasir hərb elmində bir yenilik olaraq tarixə düşdü. Belə ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir. 44 gün davam edən döyüş əməliyyatlarında Azərbaycan Ordusu müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər pilotsuz uçuş aparatlarından uğurla koordinasiyalı şəkildə istifadə etmişdir. Əməliyyatlarda Azərbaycan hərbi sənayesinin istehsalı olan bir sıra silah texnikalardan da istifadə olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-texniki təchizatının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki birlik müəssisələrdə hazırda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal olunur, Azərbaycan ordusu həmin məhsullarla təmin edilir.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "Matador" "Marauder" zirehli döyüş maşınları, BTR-70 BRDM-2 transportyorlarını, "Mübariz", "İstiqlal", "Yalquzaq" sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, "Orbiter-2M", "Orbiter-2B", "Orbiter-3B" mini "Orbiter-4", "Aerostar-BP" taktiki "Zərbə" tipli kamikadze pilotsuz uçuş aparatlarını göstərmək olar.

Vətən müharibəsində Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından da (PUA) geniş istifadə etmişdir. Kəşfiyyat, kəşfiyyat-zərbə kamikadze PUA-ların qrup halında istifadəsi, eyni zamanda artilleriya bölmələri ilə qarşılıqlı koordinasiya əsasında istifadəsi nəticəsində cəbhənin ön xəttində dərinliyindəki düşmənin hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri sursat anbarları məhv edilmişdir. Bununla yanaşı, 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən yerli istehsal olan "Aerostar" tipli taktiki, "Orbiter-3" tipli mini taktiki, "Orbiter-2" tipli mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, "Zərbə" kamikadze "İtiqovan" dronlarından da istifadə olunmuşdur. Azərbaycan Ordusuna məxsus kamikadze PUA-larından düşmənin hərbi texnikası, canlı qüvvəsi hərbi obyektlərinin vurulmasında istifadə olunması Azərbaycanın müdafiə sənayesinin qüdrətini göstərir.

Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsində, Ermənistanın 30 illik təcavüzünə son qoymasında Türkiyənin hərbi-siyasi dəstəyi danılmazdır. Regionda sabitliyin təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpası, eləcə region dövlətləri arasında münasibətlərin normallaşdırılması uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Dəyişən dünya düzənində Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Hər iki ölkənin dövlət hökumət başçılarının qarşılıqlı səfərləri, münasibətlərdəki şəffaflıq ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olur ki, bu da regional olaraq olduqca böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirilməsi Ermənistanda narahatlıq doğurur. Uğurlu hərbi əməliyyatlar düşmənə göz dağıdır. Onlar anlamalıdırlar ki, "Dəmir yumruq" istənilən an Ermənistanın başına enə bilər.

Keçirilən yeni hərbi təlimlərdən biri kimi "Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimi xüsusi qeyd edilməlidir. Hər iki ölkənin hərbi hava qüvvələrinin xüsusi bölükləri plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri ilə gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetirir, əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin hava hücumundan müdafiə səddinin aşılması üzrə tapşırıqları icra edirlər. Aprelin 27-dən start götürən "Anadolu Qartalı - 2023" çərçivəsində pilotlar, həmçinin hava kəşfiyyatı da aparır, şərti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin edərək təcrübələnir. Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib. Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da yerinə yetirilib.

Mayın 11- isə Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib. Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Konya şəhərində olublar. "Anadolu Qartalı" təlim mərkəzinin açılış mərasiminin keçirilməsi, eləcə general-polkovnik Z.Həsənov digər qonaqların sərgidə "ASELSAN" "Tubitak" şirkətlərinin nümayəndələri ilə görüşü, nümayiş etdirilən müasir silah avadanlıq nümunələri ilə tanışlıq iki ölkə arasındakı uğurlu hərbi əməkdaşlığın daim artan inkişaf xəttini göstərir.

Nurlan ABDALOV,

"Respublika".