MN: Ordumuzun Ermənistan mövqelərini atəşə tutması barədə məlumat tamamilə yalandır
Digər xəbərlər

MN: Ordumuzun Ermənistan mövqelərini atəşə tutması barədə məlumat tamamilə yalandır

Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdud görmə vəziyyətində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür", - məlumatda deyilir.