MN: Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır
Digər xəbərlər

MN: Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.