MN: Azərbaycan Ordusunun hərbi qulluqçularının qar uçqunu altında qalması barədə məlumatlar yalandır
Digər xəbərlər

MN: Azərbaycan Ordusunun hərbi qulluqçularının qar uçqunu altında qalması barədə məlumatlar yalandır

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb. Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: "Eyni zamanda, onu da bildiririk ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik".

AZƏRTAC