Mixail Muraşko: Tibbi kadrların hazırlanması dostluq  münasibətlərimizin inkişafında mühüm bir mərhələdir
MÜSAHİBƏLƏR

Mixail Muraşko: Tibbi kadrların hazırlanması dostluq  münasibətlərimizin inkişafında mühüm bir mərhələdir

Tibbi kadrların hazırlanması Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında mühüm mərhələdir.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko Azərbaycan jurnalistlərinin suallarını cavablandırarkan deyib.

Nazir bildirib ki, səfərinin əsas məqsədi tibb mütəxəssislərinin hazırlanmasına 6 il ərzində sərf edilən səylər üzrə nəticələrin ümumiləşdirilməsi olub. “Bu gün 87 nəfər ali tibb təhsili diplomu alıb. Bu, dostluq münasibətlərimizin inkişafında mühüm bir mərhələdir”, - deyə o vurğulayıb.  

Səfərdən ikinci məqsədin Azərbaycan Səhiyyə Nazirliyi ilə yol xəritəsinin imzalanması olduğunu bildirən nazir deyib: “Son illərdə bizim aktiv əlaqələrimiz, birgə layihələrimiz olub. Qarşıdakı  münasibətlər üzrə hədəflərin inkişafı ilə bağlı müəyyən dəqiq məqamları olan xüsusi bir yol xəritəsi imzalanıb”, - deyə nazir bildirib.

Xatırladaq ki, bu gün Bakıda səhiyyə və tibb elmi sahəsində Azərbaycanla Rusiya arasında əməkdaşlıq haqqında yenilənmiş  saziş imzalanıb. Həmçinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomların təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC