Misirin ölkəmizdəki səfiri ilə görüş
Səhiyyə

Misirin ölkəmizdəki səfiri ilə görüş

Səhiyyə Nazirliyində Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı ilə görüş keçirilib. Bu barədə Nazirliyin məlumatında bildirilir.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb.

Teymur Musayev Azərbaycanla Misir arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Qeyd edib ki, səhiyyə siyasəti və ictimai səhiyyə sahəsində ölkələrimiz arasında tibb mütəxəssislərinin davamlı peşə təhsili və müasir metodiki, elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə əmin olduğunu vurğulayıb.

Əli SADIQOV,

“Respublika”.