MİNGƏÇEVİR
Region

MİNGƏÇEVİR

Şəhər ərazisində sanitar-epidemioloji vəziyyət Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah tərəfindən ciddi nəzarət altında saxlanılır, mütəmadi təxirəsalınmaz profilaktik tədbirlər görülür.

Gigiyena və Epidemiologiya Mərkəzinin  sanitar işçiləri tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə, şəhərin küçə və prospektləri xüsusi texnikaların köməyi ilə, dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılıb.

Onu da qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış  monitorinq qrupları əhalinin sıx toplaşdığı məkanlarda insanlarla maarifləndirici söhbətləri gündəlik olaraq davam etdirirlər. Şəhər  sakinləri və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər zamanı vətəndaşlara tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etmək və ara məsafəsi saxlamağın vacibliyi bir daha qeyd olunmuşdur. Əhali ilə maarifləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib.

Zabit XƏLİLOV,

“Respublika”.