Milli Məclisin sədri Varşavada
Sosial həyat

Milli Məclisin sədri Varşavada "Naməlum əsgər" abidəsini ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarova Polşanın paytaxtı Varşavada "Naməlum əsgər" abidəsini ziyarət edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri abidənin önünə əklil qoyub.

Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.

Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Varşava Üsyanı Muzeyi ilə tanış olub.