Milli Məclisin sədri TBMM sədrinə başsağlığı verib
Digər xəbərlər

Milli Məclisin sədri TBMM sədrinə başsağlığı verib

Avqustun 13-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin sədri Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləklərini ifadə edib.

AZƏRTAC