Milli Məclisin sədri Tbilisidə Ulu Öndərin abidəsini və Qəhrəmanlar Memorialını ziyarət edib
Sosial həyat

Milli Məclisin sədri Tbilisidə Ulu Öndərin abidəsini və Qəhrəmanlar Memorialını ziyarət edib

Gürcüstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 19-da Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Parlament sədrini deputatlar, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Milli Məclisin sədri Gürcüstana səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Burada Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

AZƏRTAC