Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib

Aprelin 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında nümayəndə heyətini Gürcüstan parlamenti sədrinin müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

AZƏRTAC