Milli Məclisin sədri “Qarabağ Ampute Futbol Klubu”nun üzvləri ilə görüşüb
Digər xəbərlər

Milli Məclisin sədri “Qarabağ Ampute Futbol Klubu”nun üzvləri ilə görüşüb

İyulun 17- Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarətQarabağ Ampute Futbol Klubunun üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə  Sahibə Qafarova qaziləri salamlayaraq torpaqlarımızın azadlığı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşməyin qürurverici olduğunu deyib. “Siz döyüş meydanlarında göstərdiyiniz hünəri bu gün idman meydançalarında davam etdirərək doğma Qarabağımızın adını daşıyan futbol komandası kimi beynəlxalq yarışlarda uğurlar qazanırsınızBu, sizin hər birinizin böyük iradə sahibi olduğunuzun sübutu, xalqımızın mübariz ruhunun yenilməzliyinin təsdiqidir”, - deyə Milli Məclisin sədri qeyd edib.

Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, 30 illik erməni işğalına son qoyub, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Qalib Azərbaycan əsgərlərinin şücaəti sayəsində Dağlıq Qarabağ problemi artıq tarixə qovuşub. O qeyd edib: “Təəssüf ki, müharibə itkisiz olmur. Müharibədə igid övladlarımızı itirdik, hərbçilərimiz arasında xeyli yaralananlar var. Şəhidlərimizin  xatirəsini ehtiramla anırıq. Yaralananlara Allahdan şəfa, qazilərimizə möhkəm cansağlığı diləyirik”.

Milli Məclisin sədri xüsusi vurğulayıb ki, heç bir xəsarət, ağrı-acı  insanlarımızı ruhdan sala bilməyib. “Qarabağ Ampute Futbol Klubuüzvlərinin göstərdiyi nümunə buna parlaq misaldır.

S.Qafarova bu dövrdə Azərbaycan parlamentinin bölgə həqiqətlərinin, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə, milli parlamentlərə, beynəlxalq təşkilatlara çatdırılması istiqamətində gördüyü işlərdən, müharibə ərəfəsində qəbul olunmuş qanun, qərar digər hüquqi sənədlərdən danışıb.

Tədbirdə çıxış edənQarabağ Ampute Futbol Klubunun icraçı direktoru Abbas Yusifov, komandanın kapitanı Çingiz Məmmədov, baş məşqçi Ramil Həbibov, təsisçi Cəmilə Abdullayeva klubun fəaliyyəti, futbolçuların əldə etdiyi nailiyyətlər, gələcək planları barədə ətraflı məlumat veriblər.

Parlamentin sədri klub üzvlərini düşündürən məsələlərlə maraqlanıb, onlara uğurlar diləyib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC