Milli Məclisin plenar iclasında 20 məsələ müzakirə olunub
Siyasət

Milli Məclisin plenar iclasında 20 məsələ müzakirə olunub

Aprelin 7- Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri gündəliyə 20 məsələnin daxil edildiyini bildirib. Qeyd edilib ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı barədədir.

Bu barədə verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, aprelin 5- İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta uydurma ittihamlar üzərində qurulan bir bəyanat qəbul edilib.

S.Qafarova İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırıb.

Müzakirələrin sonunda deputat Kamran Bayramov İran parlamentinin İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanatı ilə bağlı bəyanatın mətnini diqqətə çatdırıb.

Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra gündəlikdəki qanun layihələrini müzakirəyə çıxaran parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti dörd məsələ ikinci oxunuşda olan qanun layihələridir. Bildirilib ki, gündəliyin ikinci məsələsi "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihəsidir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Sahibə Qafarova deyib ki, gündəliyin növbəti iki məsələsi parlamentə Prezidentin bir məktubu ilə daxil olub mahiyyətcə bir-biri ilə bağlıdır. Bunlar ikinci oxunuşda olan "Prokurorluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə "Dövlət qulluğu haqqında" "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələridir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri gündəliyin beşinci məsələsi olan "İnformasiya, informasiyalaşdırma informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb.

Milli Məclisin sədri bildirib ki, gündəliyin qalan 15 məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti dörd məsələ Prezidentin bir məktubu ilə parlamentə daxil olub mahiyyətcə bir-birinə yaxındır.

Qeyd olunub ki, 9-cu məsələ ilə əlaqədar Dövlət Şəhərsalma Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov Hüquq şöbəsinin müdiri Natiq Mehdiyev iclasda iştirak edirlər.

Bildirilib ki, 6- 7-ci məsələyə Regional məsələlər komitəsində baxılıb.

8-ci məsələ olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Doqquzuncu məsələ olan "Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.

Vurğulanıb ki, 10-cu, 11-ci 12-ci məsələlərə Hüquq siyasəti dövlət quruculuğu komitəsində baxılıb.

Gündəliyin 13-, 14- 15-ci məsələləri - birinci oxunuşda olan "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" "Su təchizatı tullantı suları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

Sonra bu altı qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 16- məsələsi olan Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra bildirilib ki, növbəti məsələ olan "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) Hüquq siyasəti dövlət quruculuğu komitəsində baxılıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

18-ci məsələni - "Notariat haqqında" Qan

unda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri bildirib ki, 19-cu məsələyə - Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, "Notariat haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) Hüquq siyasəti dövlət quruculuğu komitəsində baxılıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi ilə bağlı Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ ilə bağlı komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Mustafa KAMAL,

Respublika”.