Milli Məclisin növbəti plenar iclasında
Siyasət

Milli Məclisin növbəti plenar iclasında

Mayın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri mayın 28- qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Türk dünyasının böyük siyasi dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazandığını bildirib. Vurğulayıb ki, əsl demokratiya şəraitində əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqını qəlbən sevindirib.

Sonra S.Qafarova Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin Serbiyaya ilk rəsmi səfəri barədə deputatlara məlumat verib.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəliyin birinci məsələsi - "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə parlamentin qərar layihəsi ilə bağlı məlumatında parlamentin beynəlxalq əlaqələrinin genişləndiyini, dostluq qruplarının fəaliyyətinin aktivləşdiyini, bu gün 100-dən çox parlamentlərarası dostluq qruplarının mövcud olduğunu bildirib.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri ikinci məsələnin "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 20 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin birinci ikinci oxunuşda müzakirə olunduğunu, sənədin mətnində hər hansı dəyişikliyin edilmədiyini söyləyib. Sənədə əsasən, minatəmizləmə sahəsində fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər vətəndaşlığı olmayan şəxslər "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif oluna bilərlər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin ikinci oxunuşda təqdimatı zamanı deputatlar tərəfindən səsləndirilən fikirlərin işçi qaydada müzakirə olunduğunu, daxil olan təklifin qanunvericilik təşəbbüsü subyekti tərəfindən nəzərə alınmadığını deyərək, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynli, həmçinin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini diqqətə çatdırıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov "Yetkinlik yaşına çatmayanların baxımsızlığının hüquq pozuntularının profilaktikası haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, gündəliyin 7-ci məsələsi Ailə Məcəlləsində, 8-ci məsələsi Mülki Məcəllədə, 9-cu məsələsi "Sosial müavinətlər haqqında" Qanunda, 10-cu məsələsi "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda, 11-ci məsələsi "Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Qanunda, 12-ci məsələsi "Sosial xidmət haqqında" Qanunda dəyişikliklər edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir. Bu qanun layihələrinə 3 komitədə baxıldığı qeyd edilib.

Sonra təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra diqqətə çatdırılıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub mahiyyətcə bir-birinə bağlıdır.

Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanun ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamə" dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib.

Sonra 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Deputat Nurlan Həsənov 17-ci məsələ - Şəhərsalma Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), 18-ci məsələ - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) 19-cu məsələ - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O, 17-ci məsələ ilə bağlı bir düzəlişin edildiyini qanunun qüvvəyə minmə tarixinin 2023- il oktyabr ayından 2024- ilin yanvarın 1- dəyişdirildiyini bildirib. Digər qanun layihələrində heç bir dəyişikliyin olmadığını söyləyib sənədləri üçüncü oxunuşda dəstəkləməyi xahiş edib.

Üçüncü oxunuşda təqdim edilən bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gündəliyin son 6 məsələsi birinci oxunuşda olan qanun layihələridir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 24- məsələnin - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) 25-ci məsələnin - "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Müzakirələrin sonunda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Parlamentin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 26- məsələ - "Kəşfiyyat əks-kəşfiyyat fəaliyyəti haqqında" 27-ci məsələ - "Hərbi vəzifə hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.

Qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Nurlan Həsənov sonuncu 28-ci məsələ - Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qeyd edilib ki, qanunun 41.2-ci maddəsinin mövcud mətninə görə hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçu ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarda həlak olduğu güman olunan şəxslərin bu müddətdən daha tez ölmüş elan olunması imkanını təmin etmək məqsədilə həmin maddəyə müvafiq əlavə təklif olunur. Əlavəyə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, həmin şəxsi hərbi əməliyyatların qurtardığı gündən azı altı ay keçdikdən sonra ölmüş elan edə bilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin iclası başa çatıb.

Mustafa KAMAL,

Respublika”.