Milli iradənin möhtəşəm təcəssümü
Türk dünyası

Milli iradənin möhtəşəm təcəssümü

Türkiyə Cümhuriyyətinin 100- ilində türkiyəli 64 milyon 113 min 941 seçici dövlətin önəmli iki qolunun - icranın qanunverici orqanın önümüzdəki 5 ildə kimin idarəsinə veriləcəyini müəyyən etmək üçün səsvermədə iştirak etdi. Demokratiya insan hüquqlarının pozulması iddiaları ilə Ərdoğan hakimiyyətinə təzyiq göstərməyə çalışan Qərb mərkəzləri gördülər ki, vətəndaşların ən ali hüquqlarından biri olan seçmək seçilmək hüququ ən yüksək səviyyədə təmin olundu. Bu, həqiqətən, Türkiyə demokratiyasının türk millətinin qələbəsi oldu.

Seçkilərin nəticələri sadəcə Türkiyə seçiciləri üçün yox, bölgə dünya ölkələrinin bir çoxu üçün maraqla gözlənilirdi. Son nəticələrə görə Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, "ATA İttifaqı"nın namizədi Sinan Oğan 5,17%, Məmləkət Partiyasının sədri Muharrem İnce isə 0,44% səs topladı.

Türkiyə əslində tarixdə öz yeri olan Osmanlı imperiyasının varisidir. Bunu həm vətəndaşların davranışında, həm dövlətin xarici siyasət xəttində açıq müşahidə etmək mümkündür. Bu səbəbdən Türkiyə hərbi gücə həmişə önəm verib ölkənin müdafiə qabiliyyətinin yenilməz olması üçün sistemli addımlar atıb. Türkiyə ordusu Cümhuriyyət dönəmində NATO üzvü olaraq müdafiə ehtiyaclarının böyük əksəriyyətini üzv ölkələrin istehsal etdiyi silahlardan, sursatlardan qarşılayırdı. Ərdoğan iqtidarının ilk 10 ilində bu proses demək olar ki, ciddi dəyişikliyə uğramadı olduğu kimi davam etdi. Lakin Yaxın şərq ölkələrində "Ərəb baharı" başladıqdan sonra xüsusilə Suriyada yaşanan olaylar Türkiyəyə təsirini göstərdi. Türkiyə Rusiyanın da dəstəyi ilə Suriyadan gələn hücumlara sərhəd bölgəsində yetərli müqavimət göstərə bilmədi. Hava müdafiə sisteminin olmaması, yaxud zəif olması nəticəsində xeyli Türkiyə vətəndaşı öldü, yaralandı zərər gördü. Türkiyə bu olayların kölgəsində NATO-dan dəstək istədi. NATO üzvü olan ABŞ, Almaniya Hollandiya Türkiyəyə Hava Hücumundan Müdafiə sistemləri olan bir neçə Patriot raketlərini müvəqqəti yerləşdirdi. 2 il keçməmiş 2015-ci ildə isə geri çəkməyə qərar verdi.

2015-ci ilin ikinci yarısından etibarən Türkiyənin PKK-ya qarşı aktiv hərbi əməliyyatlara başlaması, İraqın şimalında olduğu kimi, Suriyanın şimalında da bir özəl kürd bölgəsi yaradılması prosesindən narahat olaraq tək PKK- deyil, onun Suriya qolu olan PYD-YPG-ni hədəfə alması ABŞ-ı müttəfiqlərini narahat etdi. Çünki ABŞ Türkiyəyə satdığı silahı dəstəyini, yalnız İŞİD- mübarizə aparması, onun bölgədə özünə müttəfiq saydığı hərbi silahlarla təmin etdiyi PYD-YPG- toxunmaması qarşılığında vermişdi. Türkiyənin hava hücumundan müdafiəsiz qalması, üstəlik, terroru ilə mübarizə apardığı PKK uzantısına NATO müttəfiqi tərəfindən açıq dəstəyin verilməsi Türkiyəni alternativ yollar axtarmağa sövq etdi. Türkiyə ABŞ-dan öz pulu ilə Partiot hava hücumundan müdafiə sistemləri almaq üçün göstərdiyi cəhdlər nəticəsini vermədi. Beləliklə, Rusiya ilə S400-lərin alımında razılaşdı. Bütün bu olaylar Türkiyəni risqləri şaxələndirməyə alternativ hərbi sənayeni gücləndirməyə təşviq etdi. Son 10 ildə Türkiyə daha əvvəllər cəmi 20%-i yerli olan hərbi təchizatın sənayenin hazırda 80%-i qarşılayacaq gücə gəldi. Yerli istehsalı olan ''Atak'' helikopterləri, 5-ci nəsil döyüş təyyarəsi (Hür jet), (Milli Müharip Uçak), İnsansız Silahlı Döyüş Təyyarəsi ''Kızılelma", Silahlı İnsansız uçuş aparatları ''Bayraktar 2'', ''Akıncı'', ''Anka-Aksungur'' layihələri reallaşdı. Dəniz altı robotlar, müxtəlif məsafəli ballistik raketlər s. kovensional silahlar, zirehli texnikalar, tanklar istehsal edilməyə başlandı. Bu fikirləri açıqlamasında siyasi ekspert Güngör Yavuz Aslan bildirib. O deyib: ''Türkiyə seçicisinin davranışlarına bu tablonun təsiri qaçılmazdır. Yuxarıda da vurğuladığım kimi, Türkiyə vətəndaşlarının müəyyən bir hissəsi ölkənin müdafiə qabiliyyətinin önəminə, təhlükəsizliyinin davamlılığına, terrorla mübarizədə dayanıqlı, xarici təhdidlərə "dik duruşa", kənar asılılığın olmamasına səs verdi. Bu kateqoriya seçici üçün iqtisadiyyatdakı problemlər, işsizlik, inflyasiya, yüksək qiymət, sosial problemlər, demokratik institutların zədələnməsi, söz azadlığı problemləri, avtoritarlıq kimi məsələlər ikinci planda qaldı. Nəticə etibarilə seçkilərdə Türkiyə seçicisinin iradəsi həlledici oldu. İnanıram ki, seçkilərin birinci turunda yüksək fəallıq göstərən seçicilər ikinci turda da eyni dərəcədə fəal olacaqlar layiqli namizədə səs verəcəklər''. Güngör Yavuz Aslan əlavə edib ki, Türkiyə seçiciləri üçün digər önəmli faktor iqtidarın xarici siyasət öncəlikləri beynəlxalq münasibətlərdəki yeridir. Ərdoğan hökumətinin apardığı xarici siyasət, xüsusilə qərb ölkələri ilə məsafəli, türkdilli ölkələrlə daha isti, qonşu ölkələrlə milli mənafelər üzərindən qurulan qarşılıqlı anlayış, Rusiya, Ukrayna ilə tərəf tutmayaraq hər iki ölkə qarşılıqlı əməkdaşlıq "Mavi vatan", Libiya siyasəti, Suriyada tampon bölgə fəaliyyəti, Azərbaycana tam dəstək, Rusiyaya qarşı embarqoya qatılmama iqtisadi, enerji, turizm əməkdaşlığının sürdürülməsi, İsraillə yenidən münasibətlərin bərpası toplumun geniş təbəqəsi tərəfindən məqbul qarşılanmaqda təqdir olunmaqdadır. Bu baxımdan, seçicilər xarici siyasətə daha çox öncəlik verirlər", - deyib siyasi ekspert.

Güngör Yavuz Aslan vurğulayıb ki, "Azərbaycanla Abdullah Gülün Prezidentliyi dönəmində gərginləşən münasibətlər artıq tamamilə unudulub, xüsusilə 44 günlük müharibədə verilən hərbi-siyasi dəstək ölkələrimiz arasından əməkdaşlığı hərbi müttəfiqlik səviyyəsinə çatdırıb. "Bir millət, iki dövlət", "Bir yumruq!" konsepsiyası hər müstəvidə yüksək səviyyədə davam edir. Ermənistan tərəfi ilə əlaqələr daha çox Azərbaycan-Ermənistan münasibətlərinə indekslənib. Lakin yaxın perespektivdə bir sülh müqaviləsinin olması Türkiyə ilə münasibətlərə müsbət təsir edəcək''.

İndi hər kəsi düşündürən bir məsələ var. May ayının 28- keçiriləcək prezident seçkilərində "Ata İttifaqı"nın namizədi Sinan Oğan seçkiyə hansı ittifaqla gedəcək. Onun səsləndirdiyi tezisləri nəzərdən keçirdikdə, onun mövqeyinin "Cümhur İttifaqı"na daha yaxın olduğu aydın olur: "Sinan Oğan deyib ki, terrordan uzaqlıq onun üçün prioritetdir''. Sinan Oğanın 5 faizlik səsinin hara gedəcəyi ilə bağlı fikrə münasibət bildirən siyasi ekspert deyib ki, 5,17-lik kütlənin seçkiyə bütövlükdə hansı ittifaq ilə gedəcəyini söyləmək hələ çox tezdir. Yəqin ki, kütlə olaraq öz fikirlərini bu günlərdə söyləyəcəklər.

Onu da qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Prezident Seçkilərini böyük fərqlə başa vurmasının Parlamentdəki əksər yerləri "Cümhur İttifaqın"ın qazanmasının ardından "Türk Əsri üçün Atılacaq Doğru Addımlar" adı altında yeni vədlər ölkənin əsas gündəminə çevrilib. AK Partiyanın 481 səhifə 6 hissədən ibarət seçki manifestində bir bölmə xüsusilə diqqət çəkir. Həmin hissədə əsrə damğasını vuracaq qaydalar, o cümlədən vergi endirimləri, sıfır faizli kreditlər, evlilik kreditləri, pensiyalar, əsasən gəncləri hədəf alan məsələlərlə bağlı müddəalar öz əksini tapıb.

Baş verən proseslər onu göstərir ki, Türkiyədə seçicilər terrorla mübarizəyə, təhlükəsizliyə iqtisadiyyat qədər önəm verir, səs verdikləri zaman bu amilləri nəzərə alırlar. Terror, toplumu ciddi narahat edən səviyyəyə çatdıqda seçicilər üçün təhlükəsizlik qayğısı iqtisadi qayğıların önünə keçir bu seçki qutusuna da əks olunur.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.