Milli birliyə, həmrəyliyə çağırış
Siyasət

Milli birliyə, həmrəyliyə çağırış

Ümummilli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti qətiyyəti Azərbaycan xalqının 70 il sonra bərpa etdiyi müstəqilliyinə yönəlmiş təhdidlərin qarşısını aldı. Silahlandırılmış Ermənistanın Azərbaycan torpaqlarına hücumu nəticəsində ərazimizin 20 faizi işğal altına düşmüş, o dönəmin rəhbərləri xalqın etimadını itirmişdi. Xalqımız özünə yeni rəhbər axtarışında idi.

1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş ulu öndər bu seçimlər arasında ən ideal namizəd idi ki, müdrik xalq vahid bir şəkildə Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. 1993- ildə ikinci dəfə Azərbaycana rəhbərlik etmək kimi məsuliyyətli bir vəzifəni çiyinləri üzərinə götürən ulu öndər belə ağır məqamda Vətənini işıqlı sabaha aparmaq üçün gecəsini gündüzünə qatıb böyük səylə çalışdı bu gün dünya gündəmində olan ölkənin fundamental arxitekturasını sağlam təməllər üzərində quraraq inkişafına böyük töhfələr vermiş oldu. Qarabağda atəşkəsin "Əsrin müqaviləsi" sənədlərinin imzalanması təzəcə formalaşmaqda olan dövlətdə ciddi uğurlar hesab olunsa da, mərkəzdənqaçma qüvvələr hələ fəaliyyətini davam etdirir, ulu öndərin humanist çağırışlarına cavab vermirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə tez bir zamanda uğurların əldə olunması Azərbaycan xalqını sevindirsə , bir qrup insan bunu qısqanclıqla qarşılayıb yenidən silah gücünə hakimiyyəti devirmək istəyirdi. "Mart hadisələri" adı ilə tarixin yaddaşında qalan 1995-ci il martın 12-dən 13- keçən gecə baş verən hadisədə Xüsusi Təyinatlı Polis Dəstəsinin bölmələri respublikada sabitliyi pozmağa çalışırdılar. "OMON" adlanan dəstəyə Rövşən Mahir Cavadov qardaşları başçılıq edirdi. Onlar əvvəl , 1994- ildə buna cəhd etməyə çalışsalar da, nail ola bilməmişdilər. Qardaşlar Xüsusi Təyinatlı Polis Dəstəsinin bəzi adamlarını ələ alaraq Surət Hüseynovla birlikdə hərəkət edirdilər. Dövlət çevrilişi məhz oradan başlamışdı. Həmin ərəfədə ölkə xaricində olan ümummilli lider Kopenhagendə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi Zirvə görüşündə Azərbaycan xalqının problemlərini yüksək tribunadan bütün dünyaya çatdırırdı. Martın 12-dən 13- keçən gecə ölkəyə qayıdan Heydər Əliyev martın 13- Pakistana yola düşməli idi. Lakin ölkə daxilində baş verən hadisələr İslamabadda keçirilən çox əhəmiyyətli bir toplantını təxirə salır.

1995-ci il martın 15- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli televiziya radio vasitəsilə xalqa müraciət edir. Ölkənin üzləşdiyi ağır iqtisadi böhrandan, erməni işğalı nəticəsində itirilmiş torpaqlar məcburi köçkünlərin problemlərindən söz açan ulu öndər bu istiqamətdə aparılmış işlər barədə vətəndaşları xəbərdar edir. Sonra Heydər Əliyev bildirir ki, mən martın 13- Pakistana yola düşməli idim. Bu günlərdə İslamabadda da bizim üçün çox əhəmiyyətli olan bir toplantı - on müsəlman ölkəsi başçılarının görüşü keçirilir. Bu, iqtisadiyyatla əlaqədar ənənəvi bir görüşdür. Mən həmin görüşə getməli idim, orada deyiləsi sözlərimiz, müzakirə olunacaq məsələlər var idi. Təəssüf ki, respublikamızda yaranmış vəziyyət - bir qədər sonra bu barədə öz fikirlərimi deyəcəyəm - məni bu səfərdən məhrum etdi. Çox təəssüf. Çünki İslamabad toplantısı respublikamız üçün çox əhəmiyyətli bir Zirvə görüşüdür. Lakin nümayəndə heyətimiz orada iştirak edir.

Sonra ulu öndər XTPD-nin bəzi üzvlərinin qanunsuz fəaliyyətinə diqqət çəkməklə ölkənin vətəndaş müharibəsinin astanasında olduğunu diqqətə çatdırır, üsyançıların yalan dolu bəyanatlar verməsi ilə milli azlıqları hakimiyyətə qarşı qaldırmaq istəyənlərə tutarlı cavablar verərək Azərbaycan dövlətçiliyinin məğlubedilməz olduğunu qəti şəkildə vurğulayır. Heydər Əliyev demokratik dəyərlərə sahib çıxaraq dəstə üzvlərinə reallığı nəzərə almağı, aldandıqlarını, düz yoldan çıxdıqlarını söyləyir onları əfv edəcəyini bildirir. Hər şeyi bir kənara qoyaraq dövlətçiliyi, müstəqilliyi müdafiə etməyə, Azərbaycan xalqını milli birliyə, milli həmrəyliyə çağırır. Beləliklə, ulu öndərin səsinə milyonlarla vətəndaş cavab verərək Azərbaycan Prezidentini, Azərbaycan dövlətçiliyini müdafiə edir. Həmin ərəfələrdə xalq iqtidarın bir-birlərinə olan inamı ölkənin bugünkü inkişafına böyük təkan vermiş oldu. Heydər Əliyev xalqa olan inamı sayəsində dövlət çevrilişinin qarşısını aldı. Bəşəriyyətin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyev dünya meyarlarına cavab verən demokratik quruluşlu Azərbaycanı öz xalqına miras qoydu.

Musa BAĞIRLI,

"Respublika".