Miliça Peyanoviç-Durisiç: Qlobal Bakı Forumunda açıq müzakirələr və fikir mübadilələri aparılır
MÜSAHİBƏLƏR

Miliça Peyanoviç-Durisiç: Qlobal Bakı Forumunda açıq müzakirələr və fikir mübadilələri aparılır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi, açıq müzakirələrin və fikir mübadilələrinin aparıldığı X Qlobal Bakı Forumunda yüksək səviyyəli qonaqlarla birlikdə iştirak etməkdən dərin məmnunluq hissi duyuram.

Bu fikirləri Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç söyləyib.

Sabiq nazir qeyd edib: "Panellərin birində Qərbi Balkan məsələsi müzakirə olundu. Bu, çox mühüm məsələdir. Biz Qərbi Balkan ölkələrinin Avropaya inteqrasiyasına və bu inteqrasiyaya mane olan amillərə toxunduq".