Mil-Muğan  Hidroqovşağı  5 rayonu  suvarma suyu ilə təmin   edir
İQTİSADİYYAT

Mil-Muğan  Hidroqovşağı  5 rayonu  suvarma suyu ilə təmin   edir

Ötən  əsrin 70-ci illərinin əvvəllərində tikilib istifadəyə verilən Mil-Muğan  Hidroqovşağı  ölkəmizin  iri   su   ehtiyatları mənbələrindəndir. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti    bildirir  ki, Mil-Muğan Hidroqovşağı Azərbaycan və İran arasında yerləşənmüştərək su mənbəyidir və Azərbaycanda 120 min hektar ərazimizin suvarılmasına xidmət edir. Hidroqovşaq İstismar İdarəsinin balansında olan əkin sahələrinin suvarılması üçün 3 kanaldan istifadə olunur. Bunlar Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanallarıdır.

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsinin balansında olan Baş-Mil kanalının uzunluğu 37.2 kilometrdir. Füzuli və Beyləqan rayonları ərazisindən keçən kanaldan Yuxarı-Mil və Yeni Xanqızı kanalları ayrılır. Yuxarı-Mil kanalı Füzuli, Xocavənd və Ağcabədi rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin edir. Yeni Xanqızı kanalı isə Beyləqan və Ağcabədi rayonlarının əkin sahələrinin su təminatını yaxşılaşdırır. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur. 

Nəriman  CAVADOV,

“Respublika”.