“Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlər görsün.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 dekabr 2021-ci il