Məzunlar Prezident təqaüdünə layiq görülüblər
Region

Məzunlar Prezident təqaüdünə layiq görülüblər

Cəbrayıl rayonu daim öz görkəmli elm adamları, alimləri, ziyalıları ilə fəxr edib. Rayonda elmə, təhsilə olan maraq bölgəyə hər  zaman başucalığı gətirmişdir. Bu günlərdə rayon ictimaiyyəti, xüsusilə müəllimlər, təhsil işçiləri sevinc hissi keçirirlər. Ötən illərdə olduğu kimi, bu il də orta məktəb məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək göstəricilər əldə etmişlər. 600-dən yuxarı bal toplayan məzunlar arasında cəbrayıllılar ən yüksək pillədə dayanırlar. Azərbaycan Respublikası Prezidentinin  29 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən 2021/2022-ci tədris ilində qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu Əfəndiyev Kamil Nazim oğlu  (Azərbaycan Tibb Universiteti) və 25 saylı tam orta məktəbin məzunu Rüstəmli Aysu Seymur qızı (ADA Universiteti) Prezident təqaüdünə layiq görülmüşlər.

                       Tofiq HÜSEYN,

                    “Respublika”.