Mətin döyüşçü 
Region

Mətin döyüşçü 

Qazi  Hüseynov  İsmayıl   Məhəmməd  oğlu  Vətən  müharibəsinin  ilk  günlərindən  könüllü  olaraq  döyüşlərə  qatılıb. 2021-ci il  oktyabrın  20-də yaralanıb.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsində qəhrəmancasına döyüşərək hər iki gözünü itirən Hüseynov İsmayıl Məhəmməd oğlunu Cəlilabad şəhərində evində ziyarət etdi. Mətin döyüşçü İsmayıl Hüseynov Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıqlarından söz açdı.  Qeyd olundu ki, Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti,  Ali Baş Komandan  Prezident İlham  Əliyev  ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad olunması ilə nəticələnib. İcra başçısı  Rafiq  Cəlilov göstərdiyi şücaətə görə  qaziyə təşəkkür edib, ona böyük  Allahdan  şəfa dilədi. O, bildirib  ki, gözlərini qırpmadan Vətən üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan  Azərbaycan Silahlı Qüvvələri  böyük tarix yazıb. Azərbaycan xalqı tarixi ədaləti bərpa edib. Torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borc idi və bu borc şərəflə yerinə yetirilmişdir. Qazi Hüseynov İsmayıl Məhəmməd oğlu Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2021-ci il oktyabrın 20-də Qubadlı istiqamətində aparılan  döyüşlər zamanı düşmənin minomyot mərmisinin zərbəsi  nəticəsində ağır yaralanaraq bir həftə koma vəziyyətində qalıb, hər iki gözü, görmə qabiliyyətini itirib. Komaya düşən döyüşçü bütün çətinliklərə baxmayaraq, həyatda qalmağı bacarıb. Qazi İsmayıl Hüseynovun ailəsi və yaxınları göstərilən diqqət və qayğı üçün dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım  Əliyevaya minnətdarlıqlarını  bildirdilər.

Ərəstun ABDULOV,

 “Respublika”.