Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən ustad dərsləri yekunlaşıb
Digər xəbərlər

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən ustad dərsləri yekunlaşıb

Media Təhlil Mərkəzi (MTM) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən ustad dərsləri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən ustad dərslərinin proqramına peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması, onların suallarına vaxtında dəqiq cavab verilməsi, Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb-saytın təşkili, inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.

Ustad dərslərində iştirakçılar müzakirələrə qoşularaq press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalara qatılıblar. Ustad dərslərinin sonuncu günündə iştirakçılar sertifikatlarla təltif olunublar.

AZƏRTAC