Mətbuat konfransı
Digər xəbərlər

Mətbuat konfransı

Masallı "ASAN xidmət" mərkəzində "Azərişıq" ASC-nin "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində 2022-ci il ərzində gördüyü işlər barədə mətbuat konfransı keçirilib.

Qeyd olundu ki,  "Azərişıq" ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən görülən işlər çərçivəsində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsilə göstərilən xidmətlərin mərhələli şəkildə "Elektron hökumət" portalına inteqrasiyasını tam təmin edib. Göstərilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, abonentlərə rahat və müasir elektron platforma üzərindən onlayn müraciət etmə imkanı yaradır.

Mətbuat konfransında "ASAN xidmət"lə İş departamentinin direktor müavini İnam Yusifov bildirib ki, "Azərişıq" ASC tərəfindən göstərilən xidmətlərdən 12-si tam elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. Cari ildə "Azərişıq" ASC-yə "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri vasitəsilə və elektron qaydada enerji təchizatı şəbəkəsinə qoşulması məqsədilə 51 minə yaxın müraciət daxil olub.

İnteqrasiyası təmin edilən dövlət qurumları isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Dövlət Vergi Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Elektron Hökumətin İnkişafı Mərkəzi (e-gov.az, asanpay.az), "ASAN Xidmət", Ədliyyə Nazirliyi və "Kapital Bank"dır.

"Respublika".