Meşəli faciəsindən 30 il ötür
Sosial həyat

Meşəli faciəsindən 30 il ötür

Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı rayonunun Meşəli kəndində törədilən faciədən 30 il keçir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erməni hərbi birləşmələri 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Meşəli kəndinə hücum ediblər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə inadla müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar.

Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Hazırda Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.

AZƏRTAC