Məsələ istənilən yolla həll ediləcək
Digər xəbərlər

Məsələ istənilən yolla həll ediləcək

Ermənilərin ən böyük silahı yalandır, təxminən iki yüz ildir ki, onlar bu yalanla dünyanı aldadır, öz mənfur xislətlərinə başqa don geyindirirlər. Utanıb qızarmadan, həyasızlıqla, qondarma, saxta çürük xəyalları "həqiqət" kimi gözə soxurlar. Təəssüf ki, bu yalanlara inanan erməniləri himayə edən bəzi dövlətlər var.

Araşdırmalara görə, Ermənistan Rusiyadan asılı dövlətlər sırasında ikinci yerdə dayanır. Müstəqillikdən, demokratiyadan insan hüquqlarından yorulmadan danışan, qara piar üzərində çirkli təbliğat aparan Ermənistanın iqtisadiyyatı, mədəniyyəti, sərhədləri, hərbisi, bir sözlə, nəyi varsa hamısı Rusiyanın əlindədir. Başqasından asılı olan dövlətin üçtərəfli bəyanata görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bunu bir daha sübut edir. Vətən müharibəsində Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm uzun illər ərzində formalaşdırılan erməni mifini dağıtdı. Birincisi döyüş meydanında, ikincisi isə siyasi arenalarda hiyləgərlik edən erməni ideoloqları, lobbiləri, ermənipərəst qüvvələr, sözün əsl mənasında məğlub edildi, Ermənistanın yalan üzərində qurulmuş ideoloji, hərbi dayaqları çökdürüldü, ağır məğlubiyyət nəticəsində kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Azərbaycan Qarabağda öz torpaqlarına sahib çıxıb. İndi isə oradakı erməni vətəndaşlarına sahib çıxır, onlara arxa durmaq istədiyini əməli ilə göstərir. Qeyd edək ki, qalib Azərbaycan regionda sülh təhlükəsizliyin təmin olunması istiqamətində davamlı addımlar atır. Rəsmi Bakı 5 maddəlik sülh təklifi ilə çıxış edərək bu xoş niyyətini beynəlxalq ictimaiyyətə çatdırır. Bundan başqa, 3+3 formatında regionda əməkdaşlıq təşəbbüsünü Türkiyə ilə birgə irəli sürüb. Azərbaycan düşmənçiliyin, ayrı-seçkiliyin, etnik nifrətin əleyhinədir. Ermənistan isə bütün bu xoşməramlı sağlam çağırışları eşitmək istəmir, okeanın hər iki tayından gələn sifarişləri yerinə yetirir, Xankəndini terror yuvasına çevirir, şərti sərhədlərdə atəşkəsi pozur, təxribatlar törədir layiqli cavab alır.

Martın 1- Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Azərbaycanın Xocalı şəhərində Xankəndidən olan erməni nümayəndələrlə keçirilən görüş onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında verdiyi vədə, üzərinə götürdüyü öhdəliklərə əməl edir. Odur ki, Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyadan başqa yolları qalmayıb. Ermənistan bütün vasitələrlə bunun qarşısını almağa çalışır, kövrək münasibət danışıqları şübhə altına alır, azərbaycanlı ekofəalların etiraz aksiyasına müsbət cavab verə bilmir, əksinə, bölgədə təxribatlar törədərək gərginliyi artırırlar. Qeyd edək ki, üç aydan çoxdur ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar könüllülər Şuşa şəhərinin yaxınlığında, Laçın-Xankəndi yolunda dinc aksiyanı davam etdirirlər. Ermənilərin "blokada" adlandırdığı etiraz aksiyası keçirilən yerdən Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər maneəsiz keçərək hərəkət edir. Son bir günün statistikasına nəzər salaq. Martın 15- Xankəndidən Laçına əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 90 təminat-təchizat minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK- məxsus 8 minik avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 8 minik 5 yük avtomobili Xankəndiyə qayıdıb. Beləliklə, ötən gün aksiya ərazisindən 111 avtomobilin sərbəst hərəkəti təmin edilib. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Xankəndidəki informasiya kanalları da Qızıl Xaç Komitəsinin müşayiəti ilə ermənilərin, xəstələrin İrəvana daşınması faktını gizlədə bilmir, bu barədə məlumatlar yayırlar. Ermənistan mətbuatında yayılan etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Azərbaycanlı politoloqların qənaətinə görə, Ermənistan baş nazirinin imzası olan Üçtərəfli Bəyanatın pozulması, bu ölkənin Azərbaycanın sərhədlərinə hörmətsiz yanaşması, ərazimizdə hələ erməni terrorçularının mövcudluğu rəsmi Bakıya məsələni istənilən yolla həll etməyə imkan verir. Bu gün müstəqil suveren siyasət aparan, bölgəni hegemon qütblər arasında geosiyasi mübarizə meydanına çevirməyə mane olan, öz milli maraqlarını həyata keçirən Azərbaycan bütün maneələrə baxmayaraq, tarixi ədalətin bərpasına bundan sonra da davam edəcəkdir.

Salman ALIOĞLU,

"Respublika".