Mərakeşin ədliyyə naziri Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi barədə məlumatlandırılıb
Digər xəbərlər

Mərakeşin ədliyyə naziri Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeşə səfəri çərçivəsində ölkə Krallığının ədliyyə naziri Abdullatif Ouahbi ilə görüş keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycanda ədliyyə sahəsində aparılan islahatlar, ədliyyə orqanları ilə əməkdaşlıq istiqamətləri və ombudsmanın mandatı barədə nazirə ətraflı məlumat verilib. Ombudsman Vətən müharibəsi dövründə həyata keçirdiyi fəaliyyət barədə danışıb. O, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə minalarla çirkləndirilməsi, hazırda bu problemin yaratdığı ciddi fəsadlar, habelə müharibə nəticəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının 30 ilə yaxındır naməlum qalan taleyi ilə bağlı da məlumat verib.

Ombudsman görüşə görə nazirə təşəkkürünü bildirib.

AZƏRTAC