“Mən lider olmaq istəyirəm” yay məktəbinin növbəti qonağı Ombudsman Səbinə Əliyeva olub
Sosial həyat

“Mən lider olmaq istəyirəm” yay məktəbinin növbəti qonağı Ombudsman Səbinə Əliyeva olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi 10 günlük “Mən lider olmaq istəyirəm” yay məktəbində uşaqlarla görüşüb.

Görüş zamanı Ombudsman uşaqların yay məktəbində vaxtlarının səmərəli təşkili ilə maraqlanıb, onlarla müxtəlif sahələrə dair maraqlı söhbətlər aparıb, uşaqların liderlik bacarıqlarını necə inkişaf etdirə biləcəkləri barədə tövsiyələr verib.

Qeyd edək ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu üçün iştirakçıları hazırlamaq, onları Forumda müzakirə ediləcək mövzular barəsində məlumatlandırmaq, uşaqlarda liderlik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan yay məktəbi 14-16 yaş arası uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin və qazilərin övladları üçün nəzərdə tutulub.

Mətbuat xidməti.