Mən bir susmaz duyğuyam ki...
Tarixi şəxsiyyətlər

Mən bir susmaz duyğuyam ki...

Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm,

Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm.

Bahar oğlu idi Cəfər, bəlkə elə bu misraları da o üzdən belə həzin, kövrək hisslərlə yazmış, sönməz ulduz kimi daim işıq saçmış, bülbül tək güldən-gülə uçmuşdu... 1899-cu il martın 20- Bakı quberniyasının 110 kilometrliyində yerləşən Xızı kəndində yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında qalıb Bakıya köçərək "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayır. Cəfərin 3 yaşı olanda atası vəfat edir, ailənin yükü anası Şahbikə xanımın üzərinə düşür. O, imkanlı ailələrin paltarlarını yuyur, çörək bişirərək Cəfəri dini məktəbdə oxudurdu. Ara-sıra Xızıya gedən Cəfər orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, digər qohumları ilə görüşürdü. Elə ədəbiyyata da şeirlə gəldi. İlk mətbu şeiri 1911-ci ildə "Həqiqəti-əfkar" qəzetində dərc olunur, 1915-ci il aprel ayının 3- "Məktəb" jurnalının 6- nömrəsində onun "Bahar" adlı şeiri nəşr edilir. Onun yaradıcılığa başlamasında "Məktəb" jurnalı əsas rol oynayır.

Hələ uşaqkən insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışırdı. Ağır vəziyyətdə yaşayan ailələrin taleyini düşünür duyduqlarını "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi", "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirirdi.

Cəfər Cabbarlı dramaturgiya sahəsində daha məhsuldar çalışır bu əsərlər onu məşhurlaşdırır, dramaturq teatr xadimi kimi tanınır. Xalqın tərəqqisini, mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi", "Ulduz", "Ədirnə fəthi", "Aydın", "Oqtay Eloğlu" s. adlı pyeslər yazır.

1928-ci ildə yazdığı "Od gəlini" pyesilə o, tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi. Əsər elə həmin il tamaşaya qoyulur.

1924- ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyarkən C.Cabbarlı ədəbi fəaliyyətini davam etdirir. O, bir sıra hekayə şeirlər yazmaqla bərabər, tərcüməçiliklə məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxış edir. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı "Azərbaycan ədəbiyyatının son vəziyyəti", "Bizdə teatro", "Azərbaycan teatr məktəbi", 1922-ci ildə qələmə aldığı "Ədəbi mübahisələr" s. məqalələrində daha səciyyəvi formada öz əksini tapmış, yeni repertuarın yaradılması, sənətkar aktyorlar, aktrisa rejissorlar yetişdirmək məsələsi irəli sürülmüşdü.

Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qilyer onun "Şahsənəm" adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. "Qız qalası" mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə tərcümə edilmişdir. Dramlarından başqa, Cabbarlının şeirləri hekayələri vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir".

1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdu 1928-ci ildə tamaşaya qoyulduqdan sonra qadınların azadlığı üçün bir təkan olur...

Ümumiyyətlə, qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil Məmmədquluzadə kimi, Cabbarlı üçün qadın dərdi "köhnə bir dərd" idi. Yazıçının hekayələrinin əksəriyyəti Azərbaycan qadınının bədbəxt taleyinə həsr edilmişdi. Lakin o, Azərbaycan qadınlarını donmuş bir vəziyyətdə yox, inkişafda təsvir edirdi. Onlar get-gedə şüurlanır, insanlıq ləyaqətlərini dərk edir, ictimai mübarizəyə qoşulurlar.

Cəfər Cabbarlı teatra böyük qiymət verir onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərinin birində oxuyuruq: "Teatro-yüksək bədii bir dərəcədədirsə, ölkə ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət elm sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor". Bütün həyatını teatra bağlamasına baxmayaraq, dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması inkişafı üçün əlindən gələni əsirgəmirdi.

Belə ki, Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri işlədiyi vaxtlarda kino sənətilə maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" adlı kinofilm çəkilir. İlk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi ictimai həyata çıxarmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirir. Film böyük müvəffəqiyyət qazanır. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı "Almaz" "1905-ci ildə" pyesləri üzrə kinossenarilər yazdı "Sevil"dən sonra dərhal "Almaz" filminin çəkilişlərinə başladı. Sona xanımın xatirələrindən: "Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz" filmini Cəfərsiz çəkib qurtardılar 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər".

 Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu. Cəfərin bədxahları iddia edirdilər ki, guya yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb qədər ki, Cəfər teatrdadır yazır, onlar oraya pyes verməyəcəklər. Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək: "... Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim buna baxmayaraq, repertuarını mənim "1905-ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına, 14 ildən bəri kimsənin heç etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".

Beləliklə, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçir. Kino onu daha çox cəlb edirdi. Bu işə keçdikdən sonra Cabbarlı daha gərgin işləyir, Azərbaycanın milli kinosunun inkişafında böyük rol oynayır.

Sona xanımın xatirələrindən: "Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə ancaq işləmək, yazmaq üçün gəlirdi".

Gərgin onun səhhətindəki problemi daha da dərinləşdirir, ürək ağrılarını şiddətləndirirdi. Həddindən artıq zəifləyən Cəfər 1934- il dekabrın 31- vəfat edir. Onun ölümü Azərbaycan ədəbiyyatı teatrı, xalqımız üçün böyük itki idi. Xalq şairi Səməd Vurğun yazırdı: "C.Cabbarlı XIX XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir".

Az ömür yaşadı Cəfər, yazdı, yaratdı, qoyub getdikləri ilə özünə "süslü bir tac yapdı", susmaz bir duyğu kimi çiçəkləri bəzədi, ürəkləri gəzdi.

 

Zümrüd QURBANQIZI,

"Respublika".