Memar qəlbli ümummilli lider Heydər Əliyev
Siyasət

Memar qəlbli ümummilli lider Heydər Əliyev

Azərbaycanın memarlıq sənəti min illərlə hesablanan tarixə malikdir. 3000-5000 il öncə inşa olunmuş şəhərlərimizin qalıqları Şəmkirdə, Qəbələdə, Ağsuda başqa bölgələrdə arxeoloqlarımız tərəfindən aşkarlanmışdır bu, ölkəmizdə şəhərsalma mədəniyyətinin mövcud olmasının sübutudur. Bunu xüsusən vurğulayaraq diqqətinizi cəlb etmək istəyirəm ki, Azərbaycan digər türkdilli ölkələr içində bu məsələdə nadir bir dövlətdir. Özbəkistanın məşhur Səmərqənd abidələrini: Registanı, Şahi Zindəni, Bibixanımı başqalarını yaradan memar ustadlar Əmir Teymur tərəfindən Təbrizdən gətirilmiş əsirlərdir.

Ümumiyyətlə, Azərbaycanın memarlıq məktəbləri orta əsrlərdə kifayət qədər məşhur olmuşdur. Uzaq Şərqdən Yaxın Qərbə, Şimaldan Cənuba kimi Təbriz məktəbini təmsil edən memarlıq əsərləri bu gün həmin ərazilərdə yaşayan xalqlar tərəfindən milli irs nümunələri kimi dünyaya tanıdılır. Məsələn, Hindistanın Aqra şəhərində yerləşən möhtəşəm Tac Mahal türbəsi. Bu təkrarolunmaz gözəlliyə malik tikilinin Böyük Moğol Şah Cahan Humayun tərəfindən sevimli xanımı Mümtaz Cahanın xatirəsinə inşa edilməsi bəllidir. Lakin bu əsəri yaratmaq üçün Şah Cahanın Təbrizdən memar dəvət etdiyini hamı bilmir. Artıq sübut olunmuş haldır ki, bu ustadın adı Ağa Mirək Mirzə Qiyas Təbrizidir. Azərbaycanın Ağa Mirək Mirzə Qiyas kimi, Əcəmi İbn Əbubəkri, ustad Mahmud ibn Saadı, Kərbəlayi Səfiyar Qarabağisi, Zivərbəy Əhmədbəyovu onlarla yüksək memarlıq ustadlarının əsərləri Azərbaycanın tarixi irsini formalaşdırıb, xalqımızın dərəcədə qədim mədəniyyətə malik olduğunu dünyaya nümayiş etdirmişdir.

Bu mədəniyyətin ən parlaq şəxsiyyətlərindən olan - Azərbaycanın dahi övladı, dünyaşöhrətli siyasətçi, müdrik rəhbər insanpərvər şəxs Heydər Əlirza oğlu Əliyevdir. Gənc yaşlarından memarlıq sənətinə vurğun, həyatını bu sənətə, bu fəaliyyətə həsr etmək arzusu ilə yaşamış Heydər Əliyev həyatın dönülməz qaydalarına görə, başqa sahədə özünü parlaq fəaliyyətlə dünyaya tanıtmışdır. Lakin memarlığa olan məhəbbətini son anına qədər qəlbində yaşadaraq, vaxtının bir hissəsini daim bu sahəyə həsr etmişdir.

60- illərin sonunda gənc siyasətçi olaraq, o dövrdə sovet ideologiyasının əsas adeptlərindən idi sovet ideologiyasının əsas tələblərindən olan milli xüsusiyyətlərin silinməsi tələbini həyata keçirməli idi. Bu tələb SSRİ- yaşayan çoxsaylı millətləri birləşdirmək, simasızlaşdırmaq məqsədlərini daşıyırdı. Heydər Əliyevin ilk addımları, buna zidd olaraq milli dəyərlərimizi öyrənmək, müasir fəaliyyətdə onlara dayanaraq, Azərbaycanın tarixi mədəniyyətini dünyaya tanıtmaq olmuşdur. Memarlar qarşısında qoyduğu ən əsas tələb o idi ki, Azərbaycan memarlığı müasir tələblərə cavab verməli, lakin bununla bərabər, milli xüsusiyyətlərini əks etdirməlidir. Əlbəttə, mərkəzi hakimiyyət tərəfindən belə yanaşma müsbət qəbul edilmirdi, təzyiqlər göstərilidi. Lakin Heydər Əliyevin cəsarəti, mətinliyi, millətinə bağlılığı bu təzyiqlərə layiqincə müqavimət göstərirdi qarşımızda qoyulan məqsədlərə nail olmağımızda bizə böyük dayaq idi. Ümumiyyətlə, milli irsimizin qorunub saxlanılması dövlət siyasəti olaraq, məhz Heydər Əliyevin dövründə başlandı.

80-ci illərin əvvəlində Gürcüstanın paytaxtı Tbilisidə "Köhnə Tiflis" layihəsinin həyata keçirilməsinə başlanmışdı. Bunu bilən Heydər Əliyev Gürcüstanın rəhbəri Eduard Şevardnadze ilə danışır bir qrup memarın Tbilisiyə göndərilməsi qərarına gəlir. Heydər Əliyevin buna dərəcədə ciddi yanaşmasının sübutu, bu qrupa rəhbərlik məqsədilə Azərbaycan KP MK-nın iki katibini - Kamran Bağırovu Fuad Musayevi təhkim etməsi göstərir.

Qrupda ən cavanı mən idim. 32 yaşım var idi. Gürcüstanda bizi ən yüksək səviyyədə qəbul etdilər. Eduard Şevardnadze bizi şəxsən qəbul etdi 2 saata yaxın bizimlə söhbət etdi. Başqa cür ola da bilməzdi. Axı bizi oraya onun dostu, çox hörmət etdiyi, hətta bir qədər çəkindiyi şəxsiyyət - Heydər Əliyev göndərmişdi.

Ulu öndər Heydər Əliyevin memarlar qarşısında qoyduğu ən əsas tələb o idi ki, Azərbaycan memarlığı müasir tələblərə cavab verməli, lakin bununla bərabər, milli xüsusiyyətlərini əks etdirməlidir.

***

Heydər Əliyevin Azərbaycan memarlıq sənətində tutduğu yer, milli memarlığımıza verdiyi dəyər hər bir həmkarımın qəlbində, düşüncəsindədir. Məhz buna görə xalqımız ulu öndərə müasir Azərbaycanın memarı yüksək adını vermişdir.

Orada görülən işlərlə tanış olub, 2 gündən sonra Bakıya döndük. 2 gün keçəndən sonra bizim Heydər Əliyevlə görüşümüz oldu. Gördüklərimizlə, fikirlərimizlə maraqlandı. Növbə mənə çatanda dedim:

- Heydər Əliyeviç, köhnə Tiflis köhnə Bakı deyil. Tiflisin qədim binalarının fasadları taxtadandır, başdan-başa şüşəbənddir. Bakının fasadları yonma daşdandır. Yanaşma tam fərqli olmalıdır.

Bu fikir Heydər Əliyevin çox xoşuna gəldi. Deməliyəm ki, o artıq "Bərpaçı" qurumunun yaradılması qərarına gəlmişdi. Mənim yanaşmamı qiymətləndirərək o qurumun fəaliyyəti haqqında Əsasnamənin hazırlanmasına mənim cəlb edilməyimi tapşırmışdı. Beləliklə, o Əsasnamənin ilkin redaksiyasını 10 gün müddətində MK-nın binasında dostum həmkarım Sənan Sultanovla birgə hazırladıq.

Heydər Əliyevin memarlıq sənətinə olan xüsusi münasibətilə bağlı çoxlu xatirələrim olsa da, biri haqqında daha geniş söhbət açmaq istərdim. Artıq müstəqillik illəri idi. 1998-ci il. Mən Bakının baş memarı vəzifəsində çalışırdım. MDB ölkələrinin Memarlar İttifaqlarının Assosiasiyası adlı təşkilat var. Bu təşkilat mütəmadi olaraq, MDB ölkələrinin paytaxtlarında toplantılarını sərgilərini keçirir. 1998-ci ilin oktyabr ayında Bakıda yığışmaq qərarına gəldik. Eyni zamanda Assosiasiya yanında MDB paytaxtlarının Baş memarları Şurasının yaranması ideyası da Assosiasiyanın məsul katibi İqor Voskresenski tərəfindən irəli sürülmüşdü.

Bakıda keçirilən tədbir zamanı MDB ölkələrinin nümayəndələri paytaxtların baş memarları qərara gəldilər ki, Baş memarlar Şurasının ilk sədri vəzifəsinə məni seçsinlər. Tədbir Bakı Şəhər İcra Hakimiyyətinin böyük zalında, o zaman başçı vəzifəsində çalışan Rafael Allahverdiyevin iştirakı ilə keçirdi. Mənim seçilməyim Rafael müəllimi çox sevindirdi bu məlumatı Heydər Əliyevə çatdırdıqda, ulu öndərin qonaqlarla görüşmək qərarını eşitdi.

Bizə təyin olunan görüş günü hamı çox həyəcanlı idi. Sovet məkanında Heydər Əliyevin yüksək nüfuzu 1998-ci ildə başqa respublikalardan gələn qonaqlar üçün yüksək idi. Qonaqları xoş sözlərlə salamlayan Heydər Əliyev bir xeyli memarlıqla, memarların qarşısında duran vəzifələrlə bağlı fikirlərini bölüşdü. Burada geniş fikir mübadiləsi aparıldı. Qonaqlar öz fikirlərini bildirir, Bakıda gördükləri ilə bölüşürdülər.

Söhbət elə səmimi aktiv keçirdi ki, mənim seçilməm yaddan çıxacağı məni narahat etməyə başladı. Lakin Heydər Əliyev heç vaxt heç nəyi yadından çıxarmırdı. Söhbət yekunlaşana yaxın ulu öndər dedi:

- Eşitmişəm, Bakının baş memarını yeni yaranmış Şuraya sədr seçmisiniz. Əlbəttə, bu kifayət qədər yüksək qiymətdir. Mən onu hələ 80-ci illərdən tanıyıram. Bir neçə tapşırıqlarımı yerinə yetirib. Mən onun fəaliyyətindən razıyam. Lakin sən bilməlisən - üzünü mənə tərəf çevirdi, - bu böyük məsuliyyətdir. Sən o Şurada təkcə özünü yox, Bakını, Azərbaycanı təmsil edirsən. Ümid edirəm ki, bunları başa düşürsən. Təbrik edirəm".

Qonaqlara təşəkkürünü bildirib bizi tərk etdi.

Bu il ulu öndərin 100 illiyidir. Azərbaycan Memarlar İttifaqı bu böyük xalq bayramına hazırlaşır. "Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni" mövzusunda elmi-praktiki konfrans keçirilməsi qərara alınmışdır.

Bu yaxınlarda MDB memarlarının onlayn formatında görüşü keçirildi. Mən konfrans haqqında məlumat verdiyimdə, görüş iştirakçılarından olan İqor Voskresenski Heydər Əliyevlə baş vermiş tarixi görüşü yada saldı. Görüşdə Heydər Əliyevdən memarlıq sənəti haqqında eşitdiyi dəyərli fikirlərin illər boyu yadında qaldığını təsdiqlədi.

Heydər Əliyevin Azərbaycan tarixində fövqəladə şəxsiyyət olması hər bir azərbaycanlının qəlbində, düşüncəsində sarsılmaz yer tutmuşdur. Heydər Əliyevin Azərbaycan memarlıq sənətində tutduğu yer, milli memarlığımıza verdiyi dəyər hər bir həmkarımın qəlbində, düşüncəsindədir. Məhz buna görə xalqımız ulu öndərə müasir Azərbaycanın memarı yüksək adını vermişdir.

Elbay QASIMZADƏ,

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri,

respublikanın Əməkdar memarı, professor.